Modern.az

ASAN radionun formalaşdırılması başa çatdı

ASAN radionun formalaşdırılması başa çatdı

Təhsil

26 Yanvar 2016, 14:50

Türk Əməkdaşlı və Koordinasiya Agentliyi (TİKA) rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində olan ASAN radionun texniki infrastrukturunun formalaşdırılması başa çatıb.

  Qurumdan Modern.az-a verilən məlumata görə, TİKA Azərbaycanda fəaliyyətini davam etdirir. Azərbaycanda gördüyü işlər və vəzifəsi baxımından əhəmiyyət kəsb edən ASAN Xidmət, ictimai xidmətləri sahəsində Türkiyə Respublikası Afet və Təcili Yardım Rəhbərliyi (AFAD) ilə birlikdə 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən mükafata layiq görülmüşdü.  

ASAN Xidmətlə əməkdaşlıq nəticəsində TİKA tərəfindən qurulan ASAN Radio ictimai xidmətlərinin vətəndaşlara təsirli və doğru bir şəkildə çatdırılmasımasını təmin etmək, həmçinin cəmiyyəti maraqlandıran mövzularda vətəndaşları məlumatlandırmaq üçün yaradılıb.

İnzibati hissələrdəki tikinti, təmir işlərinin isə yanvar ayı sonunda tamamlanması planlaşdırılır.   Ötən günlərdə 100 FM dalğasından test yayımına başlayan ASAN Radiyo 25.01.2016-ci ildən etibarən mütəmadi olaraq yayımlanır.  

İlkin biliklərin öyrədildiyi ASAN Radiyo əməkdaşlarına qarşıdakı günlərdə TİKA-TRT əməkdaşlığı çərçivəsində ortaq təhsil veriləcək.  

Mütəmadi olaraq TİKA layihə və fəaliyyəti ilə bağlı Türkiyə haqqında xəbərlərin də yer aldığı 100 FM dalğasından yayıma başlayan ASAN Radiyonu yalnız Azərbaycandan deyil, internet vasitəsilə dünyanın hər bir yerindən dinləmək mümkün olacaq. ASAN Radiyo internet vasitəsilə //www.asanradio.az/# web səhifəsində yer alan “Canlı dinlə” düyməsini basaraq qulaq asmaq mümkündür.    

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı