Modern.az

Səməd Seyidov Milli Məclisə çəliklə gəldi: “Yalandır, rəhbərlikdə qalıram”

Səməd Seyidov Milli Məclisə çəliklə gəldi: “Yalandır, rəhbərlikdə qalıram”

1 Fevral 2016, 11:47

Milli Məcliisn deputatı Səməd Seyidov Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri postundan uzaqlaşdırıldığı barədə yayılan xəbərləri təkzib edib.

Modern.az saytının məlumatına görə, S.Seyidov bildirib ki, o, ayağında yaranmış problemlə əlaqədar AŞPA-nın qış sessiyasına gedə bilməyib. Buna görə də nümayəndə heyətinə müvəqqəti olaraq deputat Vüsal Hüseynov rəhbərlik edib.

"Nümayəndə heyətinin rəhbəri və üzvləri təsdiqlənib. Mən nümayəndə heyətinin rəhbəri olaraq qalıram. Bəzi KİV-lərdə mənim
Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı nümayəndə heyətinin rəhbərliyindən uzaqlaşdırıldığım haqda 
yazılanlar tamamilə yalandır.
Düzdür, AŞPA-nın qış sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamğım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil".

S.Seyidov onu da vurğulayıb ki, Azərbaycanın Avropa Şurası Parlament Asssambleyasındakı nümayəndə heyəti qış sessiyasında yüksək səviyyədə işləyib.
 
Qeyd edək ki, ayağındakı problemlə əlaqədar axsayan Səməd Seyidov Milli Məclisin bugünkü iclasına əsa ilə gəlib.

Aytən Zəhra

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü