22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - FOTOSÖHBƏT - İsa Qəmbərlə FOTOSÖHBƏT
İsa Qəmbərlə FOTOSÖHBƏT
24.02.2016, 12:15

Modern.az saytı Müsavat Partiyasının lideri İsa Qəmbərlə FOTOSÖHBƏT layihəsini təqdim edir.
İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb.

1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib.

1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb.

AXC-nin yaradıcılarından biri, ilk İdarə Heyətinin  üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.

1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

1992-ci ilin noyabr ayında Müsavat Partiyasının başqanı seçilib.
2003-cü ildə “Bizim Azərbaycan” blokunun prezident seçkilərində vahid namizədi olub. Prezident seçkilərinin rəsmi nəticələrinə görə, 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yeri tutub.

İsa Qəmbər Müsavat Partiyasının 27.09.2014-cü il tarixində keçirilən qurultayında başqanlıqdan gedib.

Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir.

Evlidir, iki oğlu var.





Subaylığa əlvida...


20 yanvar qətliamı qurbanlarının dəfnində...






Azərbaycan Xalq Cəbhəsinin fəalları Etibar Məmmədov, Tofiq Qasımov, İsa Qəmbər...