Modern.az

İran demokratiyası

İran demokratiyası

21 Aprel 2017, 11:51

İran Yaxın və Orta Şərq regionunun ən önəmli ölkələrindən biri olmaqla bərabər, demokratik seçki ənənələrinin spesifikliyi ilə seçilir. 2500 il ərzində fasiləsiz olaraq monarx, ali hökmdar tərəfindən idarə edilən İran 1979-cu ildəki inqilabdan sonra da bu monarxiyadan imtina etməyib. Sadəcə olaraq həmin monarxiya öz formasını dəyişib.


Belə ki, Pəhləvi sülaləsini hakimiyyətdən uzaqlaşdıran klerikal-bürokratik zümrə İslam inqilabı gerçəkləşdirdikdən sonra ali dini lider vəzifəsi təsis etdi.

Qanlı İslam İnqilabının öndəri Ruhullah Musəvi Xomeyni şah Məhəmməd Rza Pəhləvinin xalq çıxışları qarşısında ölkəni tərk etməsindən sonra bu dəfə dini pərdə altında yeni monarx oldu. Sonradan onun diktəsi ilə qəbul edilən yeni Konstitusiya İranın Dini Lideri, İnqilab Lideri və İran Vəli Hüquqçu adını daşıyan şəxşə hakimiyyətin hər 3 qanadına (icraedici, qanunvericxi və məhkəmə) nəzarət edən ən üst post kimi geniş səlahiyyətlər verdi. İranın Ali Dini Lideri faktiki rəhbərdir və ölkənin bütün siyasi və iqtisadi təsir mexanizmlərini öz əlində cəmləşdirib.

O, Ali Baş Komandan funksiyalarını daşıyır və bütün əsas vəzifələrə - İslam İnqilabı Mühafizə Korpusu, Milli Teleradio Şirkətinin rəəhbəri, bütün əsas ordu növlərinin komandirlərini, Baş Qərargah rəisini və Ali Məhkəmə hakimlərini təyin edir. İran prezidenti isə əsasən formal səlahiyyətlərə malikdir. Respublikada baş nazir postunun yoxluğuna görə prezident hökumətin işinə nəzarət edir və səlahiyyətləri çərçivəsindəki bütün məsələlərlə bağlı yalnız Ali Dini Lider qarşısında hesabat verir.

Bayaq deyildiyi kimi, 2500 illik İran monarxiyasının davamı olan molla rejimi sadəcə olaraq sülalə hakimiyyətinin qohumluq prinsipinə deyil, dini sadiqliyə və konservativliyə diqqət edir. Məhz bu səbəbdən yeni monarxın, yəni Ali Dini liderin seçilməsi proseduru Ali Eksperlər Şurası tərəfindən səsvermə ilə təyin olunur.

Haşiyəyə çıxaraq dəmək olar ki, Eskpertlər Şurası seçicilər tərəfindən 8 il müddətə seçilmiş 86 müştəhiddən ibartədir. Müştəhidlər İslam hüququnu (Fiqh) dərindən bilən və bütün fəaliyyətləri Quran ayələrinə və peyğəmbərin hədislərinə söykənən möminlərdən seçilir.

Eskpertlər Şurası hər il ildə 2 dəfə 2 gün ərzində toplanır. Bu qurumun fəaliyyəti qapalı xarakter daşıyır və iclasların protokolları yalnız Ali Dini Liderə göndərilir. 2015-ci ildən bu orqana Ayətullah Seyid Məhəmməd Yəzdi başçılıq edir.

İran Konstitusiyası Ekspertlər Şurasına üzv  seçilən şəxslərə konkret kriteriyalar müəyyən etməsə də, Konstitusiyanın Mühafizəsi Korpusu istənilən namizədə veto qoya bilər. İranın idarəetmə funksiyalarını əllərində möhkəm saxlamaq üçün düşünülən Konstitusiyanın Mühafizə Korpusu qanunvericlik sahəsində geniş səlahiyyətlə malikdir.

Belə ki, İran parlamenti üzərində xüsusi nəzarət funksiyaları olan Şura deputatların qəbul etdiyi bütün qanun və lahiyələri gözdən keçirir. Hər hansı qanun Konstitusiyaya zidd olarsa, Şura üzvləri qanunu parlamentə qaytarmağa yaxud ona veto qoymaq imkanına malikdirlər. Bundan başqa, ölkə prezidenti, bütün deputatlar və Ekspertlər Şurasının üzvləri bu nəzarətedici orqanda təsdiqlənir. Konstitusiyanın Mühafizəsi Korpusu 12 daimi üzvdən ibartədir.

 

Onların 6-sı Ali Dini Lider tərəfindən birbaşa təyin olunur, daha 6 nəfər isə İran Məclisi tərəfindən irəli sürülür.

Bəzi hallarda Konstitusiyanın Mühafizəsi Şurası ilə İran Məclisi arasında konfliktlər yanaşır. Bu məsələri həll etmək üçün Ali Dini Liderin yayında məşvərətçi funksiyalara malik Siyasi Barışıq Şurası fəaliyyət göstərir. İranın keçmiş prezidenti Əli Əkbər Rəfsəncani hazırda həmin orqana rəhbərlik edir. Bura ümilikdə 28 tanınmış dini və ictimai şəxs daxildir.    

İslam Respublikasının əsas siyasi orqanı isə Ali Milli Təhlükəsizlik Şurasıdır. 1989-cu ildə yaradılan orqana ölkə prezidenti başçılıq etsə də, faktiki rəhbər ölkənin Ali Dini lideri sayılır. Məhz o, Şuranın Baş katibini təyin edir və 2 üzvünü şəxsən təyin etməklə yanaşı, digər üzvlərin namizədliyin də təsdiqləyir.

Təhlükəsizlik Şurası İranın milli təhlükəsizlik konsepsiyasını hazırlamada və rəsmi Tehranın istənilən daxili-xarici təhlükələrdən qorumalı olan orqanların koordinasiyasını təmin etməlidir.

İran Məclisi ölkədə dünyəviliyi təmsil edən əsas orqan sayılır. Səlahiyyətləri üst pillədə yerləşən dini Şuralar tərəfindən məhdudlaşdırılsa da, təkpalatalı İran Məclisi qanun layihələrinin hazırlanması, beynəlxalq müqavilələrin ratifikasiyası və s. funksiyalara malikdir. İran Məslisi 4 ildən bir seçilir və 290 deputatdan ibarətdir.

Əli Laricani 2008-ci ildən Məclisin spikeridir. Bütün deputatların namizədliyi mütləq şəkildə Konstitusiyanın Mühafizəsi Şurası tərəfindən təsdiqlənməlidir. 

İran dini mahiyyətli dövlət olduğu üçün ölkədəki heç bir islahat və dəyişkilik Ali Dini Liderin və onun ətrafında yaradılan çoxsaylı Şuraların iradəsinə zidd aparıla bilməz. Ölkənin bütün siyasi və sosial həyatına çoxsaylı xüsusi xidmət orqanları vasitəsilə nəzarət edən ölkədə yaxın illərdə önəmli dəyişikliklər gözlənilmir. 


Vüqar İsmayılov  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi