Modern.az

Gəncədə iş elanı izdihama səbəb oldu - VİDEO

Gəncədə iş elanı izdihama səbəb oldu - VİDEO

Aktual

25 Noyabr 2022, 11:36

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə işə qəbul elan edib. Nazirliyin elanı FHN-in Gəncə Regional Mərkəzinin qarşısında izdihama səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Belə ki, vətəndaşlar növbə ilə mərkəzə daxil olmaq əvəzinə, bir-birilərini itələyərək güc yolu ilə idarəyə girməyə çalışıblar. Yayılan görüntülər fərqli müzakirələrə səbəb olub.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi