Bakı Sağlamlıq Mərkəzində Ümumdünya Əməyin Mühafizəsi Günü
Bakı Sağlamlıq Mərkəzində 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü ilə bağlı tədbir keçirilib.
Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məsələlərin daim diqqətdə saxlanıldığını qeyd edərək Mərkəzdə bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, təsdiq olunmuş illik plan-qrafiki əsa...