Deputatlar Şimali Kiprin banilərinin xatirəsini yad ediblər - FOTOLAR
Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası işçi qrupunun sədri Cavanşir Feyziyev başda olmaqla Milli Məclisin bir qrup deputatı mayın 13-də Lefkoşaya səfər çərçivəsində Şimali Kiprin türk xalqının maraqları uğrunda görkəmli mübarizlərin – Fazıl Kiçik və Rauf Denktaşın xatirəsini yad ediblər.
Modern.az xəbər verir ki, deputatlar Cavanşir Feyziyev, Əhliman Əmiraslanov...