Modern.az

Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb

Azərbaycan paralimpiyaçısı qızıl medal qazanıb

Aktual

9 Sentyabr 2016, 23:49

Rio-2016 Paralimpiya oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb. Modern.az saytı xəbər verir ki, cüdoçumuz Ramil Qasımov mötəbər turniri qələbə ilə başa vurub.

 

Yarışa 1/4 final mərhələsindən başlayan təmsilçimiz ilk olaraq kubalı Cerardo Rodrigezi məğlub edib. Yarımfinalda alman Nikolay Kornhassı yolundan kənarlaşdıran idmançımız qızıl medal uğrunda ukraynalı Dmitro Soloveylə üz-üzə gəlib.

 

Rəqibini ipponla məğlub edən Ramil Qasımov Paralimpiya Oyunlarında millimizə ilk qızıl medalını qazandırıb.

 

Qeyd edək ki, yarışların ilk günündə daha bir cüdoçu Bayram Mustafayev gümüş medal qazanıb.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi