Modern.az

Daha bir rayonda sümük fraqmentləri TAPILDI

Daha bir rayonda sümük fraqmentləri TAPILDI

Ölkə

6 May 2024, 14:30

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilir ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, bundan əvvəl Ağdərə rayonu, Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zamanı da insana məxsus olması ehtimal edilən sümük fraqmentləri tapılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi