Modern.az

Fuad Poladov "Azdrama"da son tamaşasına çıxıb

Fuad Poladov "Azdrama"da son tamaşasına çıxıb

Aktual

29 Oktyabr 2016, 00:29

Azərbaycanın xalq artisti Fuad Poladov ötən gün Akademik Milli Dram Teatrında son tamaşasına çıxıb. Modern.az saytı xəbər verir ki,  "Report"un məlumatına görə, o, Erik Emmanuel Şmitdin eyniadlı əsəri əsasında səhnələşdirilən “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında Müsyö İbrahim obrazını canlandırıb.

İki hissəli tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Tamaşada Fuad Poladovla yanaşı Murad İsmayılov, Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki və digər aktyorlar yer alıb.

Tamaşa zamanı zalda anşlaq olub. Sonda Fuad Poladov pərəstişkarları ilə vidalaşıb.

F.Poladov aktyor Hikmət Rəhimovun teatrdan getməsinə etiraz əlaməti olaraq Akademik Milli Dram Teatrından ayrılıb. O, karyerasını Rus Dram Teatrında davam etdirəcək.

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək