Modern.az

Beyləqanda uşaq bağçası yandı

Beyləqanda uşaq bağçası yandı

Aktual

11 Noyabr 2016, 18:42

Beyləqanda uşaq bağçasında yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 kv.m olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 kv.m olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

 

Bağça binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək