Modern.az

Bakıya qar yağıb - FOTOLAR

Bakıya qar yağıb - FOTOLAR

Aktual

23 Noyabr 2016, 09:24

Ötən gecə Bakıya yağan qar paytaxtın bəzi yerlərini “ağardıb”. Hazırda da müşahidə edilən şaxtalı hava şəraiti səbəbindən  bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb.

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir