Modern.az

Putinin tarixi Yaponiya səfərinin vaxtı AÇIQLANDI

Putinin tarixi Yaponiya səfərinin vaxtı AÇIQLANDI

Aktual

8 Dekabr 2016, 10:43

Rusiya prezidenti Vladimir Putin Yaponiyaya rəsmi səfər edəcək. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə “gündoğan” ölkənin Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat yer alıb.

 

Putinin Yaponiya səfəri dekabrın 15-dən 16-na qədər davam edəcək. O, səfər çərçivəsində Tokio və Naqato şəhərlərini ziyarət edəcək, baş nazir Sintzo Abe ilə görüşəcək.

 

Yaponiya XİN-i səfərin ikitərəfli əməkdaşlığa müsbət təsir göstərəcəyini bildirib.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi