Bakının Əhmədli qəsəbəsində yerləşən 95 nömrəli orta məktəbin 3-cü sinif şagirdi, dünən saat 14.00 radələrindən itkin düşən Abbasov Amin Əbil oğlu tapılıb.
Modern.az saytı xəbər verir ki, 3-cü sinif şagirdi olan Amin AzNews.az-a onu dilənçilərin oğurladığını deyib: “Məni soyuqda diləndirdilər”.
Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: “Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır”.
Modern.az
20:55
Bakının Əhmədli qəsəbəsində 10 yaşlı uşaq itib. Modern.az saytı xəbər verir ki, bu barədə Lent.az-a uşağın anası məlumat verib. Anası Arzu Abbasovanın sözlərinə görə, Amil günorta məktəbdən gəldikdən sonra həyətə velosiped sürməyə düşüb və bir daha geri qayıtmayıb: “Qardaşı da onunla olub. Lakin əli üşüdüyündən evə qalxıb. Amil isə həyətdə qalıb”.
Ailə bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat verib.
Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsindən bildirilib ki, belə bir şikayət qəbul edilib: “Abbasov Amlin axtarışları paytaxtın bütün istiqamətlərində davam etdirilir”.
Amil Abbasov 95 saylı orta məktəbin 3-cü sinif şagirdidir.
Şəkildəki uşağı görənlərdən 34 saylı polis bölməsinə məlumat vermək və yaxud (055)563-60-11 nömrəsinə zəng etmək xahiş olunur.
Modern.az