Modern.az

“Narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır”

“Narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır”

Aktual

10 Mart 2017, 12:42

Deputat Fazil Mustafa parlamentin iclasında çıxışı zamanı tütün məmulatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını müsbət addım kimi qiymətləndirib.

Modern.az xəbər verir ki, F. Mustafa belə bir sənədin hazırlanması və qəbulunun olduqca vacib və zəruri hesab edib.

“Artıq ölkədə narkomaniyaya qarşı ciddi mübarizə başlanmalıdır. Narkomaniya çox ciddi bəladır.

Düzdür, narkomaniyanın qarşısının alınması üçün bizdə hələ də tam tibbi müayinə-müalicə mümkün deyil, mentalitetimizdən də irəli gələn məqamlar var. Ancaq qabaqlayıcı addımların atılması baxımından belə bir qanunun qəbulu olduqca önəmlidir və vacibdir”.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik