Modern.az

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol bağlandı

27 Mart 2017, 21:23

Qeyri-sabit hava şəraiti Rusiyada da bir sıra problemlər yaradıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsinin məlumatına görə, yolun Moskva vaxtı ilə saat 19:00-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək