Modern.az

Səkidə maşını idarə edən sürücü həbs edildi - VİDEO

Səkidə maşını idarə edən sürücü həbs edildi - VİDEO

Aktual

7 May 2024, 10:16

Avtomobini səkidə idarə edən sürücü həbs edilib.

 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes" markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

 

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbs edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi