Ülvi Mansurov "Azərpoçt" MMC-nin yeni baş direktoru təyin edilib.
Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, bundan əvvəl Ü.Mansurov Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini, həmçinin "Texnikabank"ın İdarə heyətinin sədri vəzifələrində çalışıb.
Modern.az-ın məlumatına görə, Ülvi Mansurov tanınmış bəstəkar Eldar Mansurovun oğludur..
Modern.az