Modern.az

Azərbaycandan İrana həkimə gedənlər azalıb

Azərbaycandan İrana həkimə gedənlər azalıb

8 May 2017, 12:25

“Artıq çox adamda İran mifi dağılıb. Müalicə üçün İrana gedənlərin sayında azalma müşahidə olunur”.

Bunu Modern.az saytına tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, Azərbaycandan İrana axın davam etsə də, proses əvvəlki kimi deyil.

“Hər yerdə xarici ölkələrə axın var. Amma Azərbaycanda həddən artıq çoxdur. Buna baxmayaraq, artıq çox adamda İran mifi dağılıb. Çünki müalicə üçün İrana daha yüksək fikirlə gedib istədiyini əldə etməyən  yetərincə insanlar var. Nəticə olaraq  ümumi tendensiyada azalma mövcuddur, nəinki artma halları müşahidə olunur.

 İrana müalicə üçün gedənlərin sayının azalma səbəbi müalicənin bahalaşmasıdır. Düzdür, İran əyalətlərində müalicə ucuzdur. Mütəxəssislər də çoxdur. Azərbaycanlılar daha çox əyalətlərə üz tutur. Amma əyalətlərdə yerləşən səhiyyə ocaqlarında ən köhnə avadanlıqlardan istifadə olunur.

Tehranda isə müalicə kifayət qədər bahadır. Ona görə də insanlar  real vəziyyəti dəyərləndirir və milli səhiyyəyə güvən artır. Azərbaycanda  Avropadan və Türkiyədən gələn xeyli  mütəxəssis, kadr  var.  Onlar artıq kifayət qədər çətin əməliyyatları, proseduraları icra edə bilirlər”.

Ekspertin fikrincə,  Azərbaycan səhiyyəsi İran səhiyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir:

“Hazırda icbari tibbi sığorta yoxdur. İcbari tibbi sığorta məsələsi də həll olunduqdan sonra  insanların böyük miqrasiyası, yəni  sağlamlıq turizmi prosesi  xeyli səngiyəcək.  

İranda səhiyyənin vəziyyəti yüksək hesab olunmalıdır. Çünki orda Qərb səhiyyəsi mövcuddur.  İranın özünün farmokoloji sənayesi var. Biz İran səhiyyəsinə çatmaq üçün xeyli iş görməliyik”.


Günay RƏSULQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək