Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti mayIn 28-29-na gözlənilən hava pronozunu açıqlayıb.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın28-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə14-17, gündüz 21-26,Bakıda gecə 15-17, gündüz 24-26dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubətgecə70-80, gündüz 50-55faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 28-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 25-30, dağlarda gecə7-12,gündüz13-18dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında
Mayın 29-dahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 20-25, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Mayın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Modern.az