Modern.az

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

Ağcabədidə 4 metr uzunluğu olan gürzə öldürülüb

27 May 2017, 20:02

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilan öldürüb. Modern.az  "Report"a istinadən xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı o həyətində əl ağacı ilə öldürüb.

 

Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir