Rusiya hərbi gəmiləri Suriyadakı İŞİD mövqelərinə zərbələr endirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Aralıq dənizinin şərq akvatoriyasından endirilən zərbələr “Admiral Essen”, “Admiral Qriqoryeviç” və “Krasnodar” sualtı qayığından atılıb.
Suriyanın Hama vilayətindəki İŞİD mövqelərinə 6 “Kalibr” tipli raketdən atəş açılıb. Rusiya tərəfi Suriya və İsrail komandanlığını zərbələr barədə məlumatlandırıb.
Vüqar İSMAYILOV