Dünya bazarlarında neftin qiyməti bahalaşmaqda davam edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, günorta saatlarında neft 0,1% dəyər qazanaraq 51,08 dollara çatıb.
Sentyabr ayı üçün WTI markalı neft isə 0,17 dollar dəyər qazanıb və 47,17 dollara çatıb.
Ekspertlərin fikrincə, ABŞ Energetika Nazirliyinin neft ehtiyatlarının 8,9% azalması barədə hesabatı buna təsir edib.