Modern.az

Salyanda avtomobil iki piyadanı vurdu, 10 yaşlı oğlan öldü

Salyanda avtomobil iki piyadanı vurdu, 10 yaşlı oğlan öldü

Aktual

19 Oktyabr 2017, 09:54

Salyan rayonunda avtomobil iki piyadanı vurub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur.

 

Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu  Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci xəstəxanaya hadisəni törədən sürücünün çatdırdığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək