Modern.az

Salyanda yol polisi postunda silahlı insident baş verib

Salyanda yol polisi postunda silahlı insident baş verib

Aktual

2 Mart 2018, 22:20

 

Ələt-Astara magistralının Salyan ərazisində yerləşən DYP postunda silahlı insident baş verib. 

 

Modern.az APA-ya istinadən xəbər verir ki,  hadisə 10 saylı tağıma məxsus DYP postunda qeydə alınıb.

 

Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü  Bağırov Orxan Cahangir oğlu DYP postuna gələrək ov tüfəngindən post istiqamətində atəş açıb. Daha sonra ona məxsus minik avtomobili ilə oradan uzaqlaşıb və Salyan şəhərində maşınla Salyan rayon polis əməkdaşı, 1982-ci il təvəllüdlü Dəmirov Raqib Həmdulla oğluna yüngül xəsarət yetirib.

 

 Məlumata görə, qeyd edilən şəxs sürücülük vəsiqəsi olmadan avtomobil idarə edib. O.Bağırov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb,  araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı