Modern.az

“Bu, olduqca emosional yarış idi” - Hemilton qələbəsindən DANIŞDI

“Bu, olduqca emosional yarış idi” - Hemilton qələbəsindən DANIŞDI

29 Aprel 2018, 18:44

“Valtter Bottas yarışda qalib olmağa daha layiqi idi. Burada olmaq qəribədir, amma mən təslim olmadım”.

 

Modern.az xəbər verir ki, bu sözləri "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi "Mercedes" klubunun pilotu Luis Hemilton qələbəsi barədə ilk təəssüratı bölüşərkən deyib.

 

II pilləyə yüksələn "Ferrari"nin pilotu Kimi Raykonen startın onun üçün ideal olmadığını söyləyib: "Bundan sonra yarış olduqca çətin keçdi. Bu, heç də asan deyildi".

 

Bakıda keçirilən Qran Prilərdə iki dəfə podium qazanan ilk pilot "Force India"nın yarışmaçısı Serxio Perez isə danışmağa sözünün olmadığını söyləyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!