Modern.az

Daha bir ölkədə niqab qadağan edildi

Daha bir ölkədə niqab qadağan edildi

Aktual

19 Oktyabr 2018, 18:29

Əlcəzairdə qadınlara iş yerlərində niqab taxmaq qadağan edilib. Bu qərar şəxsiyyətin müəyyənləşdirilməsinə mane olmamaq baxımından qəbul edilib.

Qeyd olunur ki, qadağa təkcə niqaba yox, üzü örtən digər geyim növlərinə də şamil edilir.

Qərara Əlcəzair cəmiyyətində bəziləri müsbət yanaşsalar da, narazılıqla qarşılayanların da olduğu deyilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok