İsveç parlamentinin deputatı Aylini Fəzailini İsveç Sosial-Demokrat Partiyasının Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilib. Bu barədə Modern.az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Yaxın günlərdə İsveçin Alingsas şəhərində Sosial-Demokrat Partiyasının Göteborg bölgə və ətraf şəhərlərinin qurultayı keçirilib. Qurultay iştrakçıları Aylini Fəzailini 11 təşkilatın rəhbəri seçiblər.
27 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 2018-ci ildə İsveç parlamentinə deputat seçilib.