Modern.az

Milli Məclis “Standartlaşdırma haqqında” yeni qanunu qəbul etdi

Milli Məclis “Standartlaşdırma haqqında” yeni qanunu qəbul etdi

17 May 2019, 12:10

Bu gün Milli Məclisin növbəti iclası keçirilir. Modern.az xəbər verir ki, iclasa "Standartlaşdırma haqqında" yeni qanun layihəsi yenidən müzakirəyə çıxarılıb.

Yeni qanun 5 fəsil və 26 maddədən ibarətdir. Qanun standartlaşdırmanın məqsəd və prinsiplərini, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbulu və tətbiqini, bu sahədə fəaliyyətin maliyyələşdirilməsi mənbələri və digər məsələləri müəyyən edir.

Qeyd edək ki, qanun layihəsi ötən il müzakirəyə çıxarılsa da, sonradan təxirə salınmışdı.

Qanun layihəsi bu gün müzakirələrdən sonra səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi