Modern.az

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başa çatdı

9 Oktyabr 2019, 21:32

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.

Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Qaxarianı Azərbaycan Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!