Modern.az

Erməni jurnalistlərin Bakı səfəri niyə məxfi saxlanılıb? – Qarabağ İcmasından AÇIQLAMA

Erməni jurnalistlərin Bakı səfəri niyə məxfi saxlanılıb? – Qarabağ İcmasından AÇIQLAMA

Aktual

26 Noyabr 2019, 14:19

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev azərbaycanlı jurnalistlərin Yerevana və işğal olunmuş Şuşa və Xankəndi şəhərlərinə səfərlərinin tarixi və həmin jurnalistlərin kimliyi barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsinin səbəblərini açıqlayıb.

Modern.az xəbər verir ki, Tural Gəncəliyev bu səfərin müvafiq razılaşma əsasında həyata keçirildiyinə görə əvvəlcədən detalların açıqlanmamasının qərara alındığını söyləyib.

“Biz daim erməni icmasına konstruktiv dialoqlar aparmaq üçün müraciətlər etmişik. Hər zaman bu kimi səfərlərə və dialoqlara hazır olmuşuq, dəstəkləmişik. Həmişə mesajlarımızı qarşı tərəfə göndərmişik. Mətbuatdan izlədiyimə görə, jurnalistlərimiz səfər zamanı hər hansı problemlə qarşılaşmayıblar. Çünki görüşlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təhlükəsizlik zəmanəti çərçivəsində həyata keçirilib. Jurnalistlərimiz ATƏT-in müvafiq nəqliyyat vasitələri ilə hərəkət ediblər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ