Modern.az

Xalq artistinin oğlunun səhhəti pisləşdi: “Təcili böyrək köçürülməlidir”

Xalq artistinin oğlunun səhhəti pisləşdi: “Təcili böyrək köçürülməlidir”

Aktual

27 Dekabr 2019, 12:34

Son zamanlar sosial mediada İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Zeynalovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbər yayılmışdı.

 

Modern.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Məmməd Zeynalovun qardaşı, kinorejissor Elbrus Zeynalovla əlaqə saxlayıb.

 

 “Bildiyiniz kimi, qardaşım böyrək çatışmamazlığından əziyyət çəkir. Hazırda vəziyyəti o qədər də yaxşı deyil. Həftədə 3 dəfə dialezə getmək məcburiyyətində qalır. Təcili böyrək köçürülməlidir. Həkimlər bir böyrəyinin işləmədiyini, digər böyrəyinin də artıq öz fəaliyyətini itirməyə başladığını söyləyib. Ümumiyyətlə, qardaşım uşaqlıqdan xroniki xəstəlikdən əziyyət çəkir. Artıq bu xəstəlik 2 ildir ki, özünü ciddi şəkildə göstərməyə başlayıb. Vəziyyəti ürəkaçan deyil. Xəstəliyi ilə əlaqədar aktyorluq fəaliyyətini də normal qaydada  davam etdirə bilmir”.

 

Qeyd edək ki, Məmməd Zeynalov Azərbaycanın “Xalq artisti” mərhum aktyor Eldəniz Zeynalovun oğludur.

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi