Modern.az

“Səhiyyə Nazirliyinin səlahiyyətləri tam olaraq TƏBİB-ə verilməyib”

“Səhiyyə Nazirliyinin səlahiyyətləri tam olaraq TƏBİB-ə verilməyib”

Aktual

30 Dekabr 2019, 18:53

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, “Azərtibbtəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilib.

 

Qeyd edək ki, bundan öncə də nazirliyin tabeliyində olan bir sıra tibb müəssisələri TƏBİB-ə verilmişdi.

 

Bəs, dövlət başçısının bu fərmanı Səhiyyə Nazirliyinin səlahiyyətlərinin tam olaraq TƏBİB-ə verilməsi anlamına gələ bilərmi?

 

Beşinci çağırış Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məsələ ilə bağlı Modern.az-a açıqlama verib:

 

“Səhiyyə Nazirliyinin səlahiyyətləri tam olaraq TƏBİB-ə verilməyib, Səhiyyə Nazirliyi qalır. Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssələri, poliklinikalar, amblatoriyalar, tibbi mərkəzlərinin TƏBİB-ə verilməsi gələn il yanvarın 1-dən icbari tibbi sığortanın başlaması ilə əlaqədardır. Bu müəssisələrin Səhiyyə Nazirliyinin nəzdindən çıxarılıb TƏBİB-ə verilməsi onunla əlaqədardır ki, həmin klinikaların idarə olunması, modernləşdirilməsi bu qurum tərəfindən həyata keçiriləcəkdir. İcbari tibbi sığorta ölkəmizdə həyata keçirilən sosial islahatların mühüm tərkib hissəsidir. Bu da ilk növbədə vətəndaşların tibbi xidmətlərə əlçatanlığını yaxşılaşdırır və tibbi xidmətin maliyyələşməsinin konkret bir yolu formalaşacaq ki, burada icbari tibbi sığorta fondu tərəfindən bütün xidmətlər maliyyələşəcək. Burada vətəndaşların əlavə ödənişlərinə ehtiyac qalmayacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi