Modern.az

Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi

2 Yanvar 2020, 22:53

Saatlı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gülhüseyn Əhmədov vəfat etdi.

Modern.az  Criminal.az-a istinadən xəbər verir ki, xeyli müddətdi ağır xəstəlikdən əziyyət çəkən sabiq başçı bu dəqiqələrdə dünyasını dəyişib.

 

Qeyd edək ki,  Gülhüseyn Əhmədov 1955-ci il iyunun 20-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib və biologiya elmləri namizədidir. 1977-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, analitik, baş elmi işçi olub. 1989-cu ildən Abşeron Rayon Məmmədli Tərəvəzçilik-Südçülük Aqrar İstehsalat Birliyinin baş aqronomu, Abşeron Rayon Aqrar-Sənaye Kombinatının aparıcı aqronomu, 1992-ci ildən "Qaracalar" kiçik müəssisəsi direktorunun müavini vəzifələrində çalışıb. 1993-2005-ci illərdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işləyib. 2005-ci il noyabrın 6-da 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilib. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok