Modern.az

Bu gün Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti yola düşür

Bu gün Bakıdan Cocuq Mərcanlıya ilk marşrut xətti yola düşür

Aktual

9 Yanvar 2020, 09:50

Bu gündən Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti yola düşəcək.

 

Bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

 

Onun sözlərinə görə,  2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətinə verilir:

 

“Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq”.

 

N.Allahyarova və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova da ilk sərnişinlər sırasındadır.

 

“Bir neçə dəqiqədən sonra Cocuq Mərcanlının ilk reysinin ilk sərnişinləri olmaq qismət olacaq! Şuşaya gedəcəyimiz günə qədər Tanrı hamımızı qorusun”,-deyə N.Allahyarova qeyd edib.

 

Xatırladaq ki, ötən ilin sonunda Cocuq Mərcanlıya 3 istiqamətdə – Sumqayıt, Mingəçevir və Gəncə istiqamətində xətlər istifadəyə verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok