Modern.az

Türkiyədə koronavirusdan iki yaşlı şəxs sağaldı

Türkiyədə koronavirusdan iki yaşlı şəxs sağaldı

25 Mart 2020, 22:41

Türkiyədə koronavirusa yoluxan yaşlı insanlardan 2-si sağalıb.

Modern.az  xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Nazir vurğulayıb ki, sağalan xəstələrdən biri  65, digəri 60 yaşında olub: "Hər ikisi kişidir. Onlar 7 gün müalicə alıblar. Ümumilikdə 26 xəstəmiz sağalaraq evə buraxılıb”.

Qeyd edək ki, koronavirusdan ölüm halı daha çox yaşlı insanlar arasında müşahidə edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı