Modern.az

İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub

İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub

3 Aprel 2020, 10:55

İranın şimal-qәrbindә yerlәşәn Qәrbi Azәrbaycan vilayәtinin Siyah Çeşme mәntәqәsinin 43 kilometrliyindә 4,7 bal gücündә zәlzәlә baş verib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

 

Zəlzələ yerli vaxtla saat 10:14-da, 12 km dərinlikdə qeyd alınıb.

 

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

 

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı