Modern.az

Nazir: Koronavirusa yoluxmuş məhkumlar sağalıb

Nazir: Koronavirusa yoluxmuş məhkumlar sağalıb

23 May 2020, 18:06

Virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb.

 

Modern.az-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında əməliyyat müşavirəsində bildirib.

 

O qeyd edib ki, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirilir:

"Vəziyyət tam nəzarətdə saxlanılır. Bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupu da fəaliyyət göstərir.

 

Ədliyyə Nazirliyi tərəfindən koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik tədbirlər davam etdirilir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək