Modern.az

Dağlıq ərazidə baş verən yanğın söndürüldü

Dağlıq ərazidə baş verən yanğın söndürüldü

Aktual

9 İyul 2020, 22:30

Ağsu rayonunun şimal dağlıq ərazisində yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın bu gün saat 13 radələrində dağ kəndi olan Nüydü yaşayış məntəqəsinin ərazisində başlayıb.

Hadisə yerinə 2 yanğınsöndürən maşın və 20 nəfər canlı qüvvə göndərilib. Habelə, köməyə qonşu İsmayıllı, Şamaxı və Qobustan rayonlarından, ümumilikdə daha 4 yanğınsöndürən maşın və 27 nəfər canlı qüvvə gəlib. Axşamüstü yanğın olan ərazi tam nəzarətə götürülüb və yanğının yayılmasının qarşısı alınıb. Hazırda közərmə zonalarında və tüstülənən ərazilərdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın biçilmiş taxıl, ot və kol-kos sahələrində baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi