Modern.az

Los Anceles meri Azərbaycan icmasına qarşı hücumları pisləyib

Los Anceles meri Azərbaycan icmasına qarşı hücumları pisləyib

Aktual

30 İyul 2020, 09:54

Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Bu barədə Modern.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu xəbər verib.

 

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb. E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının  təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir