Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb.
Bu barədə Modern.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "twitter" hesabı açılıb: “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu //twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "twitter" hesabı bu linkdədir: //twitter.com/wwwmodgovaz”.