Modern.az

ABŞ  “TikTok”un yüklənməsini qadağan edir

ABŞ  “TikTok”un yüklənməsini qadağan edir

Aktual

18 Sentyabr 2020, 22:51

Əgər “TikTok” ABŞ-ın milli təhlükəsizliyi təhlükəsi ilə bağlı problemi aradan qaldırmasa, Birləşmiş Ştatların Ticarət Nazirliyi sentyabrın 20-dən ölkədə bu proqramın yüklənməsini, noyabrın 12-dən isə istifadəsini qadağan edəcək.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin məlumatında deyilir.

"ABŞ prezidenti Donald Trampın 6 avqust 2020-ci il fərmanlarına cavab olaraq, Ticarət Nazirliyi Birləşmiş Ştatların milli təhlükəsizliyinin təminatı üçün “WeChat” və “TikTok” mobil proqramları ilə bağlı sazişlərin qadağan olunduğunu elan etdi", - Ticarət Nazirliyi bildirib.

Bu halda yerli KİV daha əvvəl bildirib ki, ABŞ-dakı “Oracle” və “ByteDance” yeni “TikTok Global” şirkətini yaradacaq.

ABŞ administrasiyası “TikTok” proqramını amerikalıların məlumatlarını Çin hakimiyyətinə ötürməkdə ittiham edir.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü