Modern.az

Sumqayıtda evlərdən oğurluq edildi

Sumqayıtda evlərdən oğurluq edildi

Aktual

27 Noyabr 2020, 13:56

Sumqayıt şəhərində mənzildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şəhər polis idarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 19-da şəhər ərazisindəki evlərin birindən 650 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Səfərov saxlanılıb. 

 

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun daha 2 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok