Modern.az

UEFA-dan Türkiyə klubuna transfer qadağası

UEFA-dan Türkiyə klubuna transfer qadağası

Aktual

24 Yanvar 2021, 00:08

Türkiyənin “Antalyaspor” klubu UEFA tərəfindən cəzalandırılacaq.

 

Modern.az xəbər verir ki, Super Liqa təmsilçisinə 3 dönəm transfer qadağası qoyulması gözlənilir.

 

Buna səbəb Antalya təmsilçisinin maddi böhran səbəbindən borclarını ödəyə bilməməsidir. Klubu bu ağır durumdan çıxara bilməyən prezident Ali Şafak Öztürk bir müddət əvvəl vəzifəsindən istefa verib. Həmçinin baş məşqçi Ərsun Yanalın da istefa ərizəsi yazdığı və bunu tezliklə açıqlayacağı bildirilib.

 

Qeyd edək ki, “Antalyaspor” hazırda 25 xalla 11-ci pillədə qərarlaşır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı