Modern.az

Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu

Bakıda bədbəxt hadisə: işçinin qolu amputasiya olundu

7 Mart 2021, 09:45

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

 

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhrəm oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

 

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

 

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok