Modern.az

Abşeronda maşın piyadanı vurub öldürdü

Abşeronda maşın piyadanı vurub öldürdü

Aktual

7 Mart 2021, 21:49

Abşeron rayonunun Saray yolunda ağır yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ölüb.

 

Modern.az xəbər verir ki, hadisə Saray-Novxanı şossesində baş verib.

 

Belə ki, 50-AA-222 dövlət nömrə nişanlı “NİVA” markalı avtomobili idarə edən 1980-ci il təvəllüdlü Maqsudov Maqsud Rəhim oğlu hərəkətdə olarkən qəfil qarşısına piyada çıxıb. Avtomobilin vurması nəticəsində 2001-ci il təvəllüdlü Şabanlı Yusif Hətəm oğlu hadisə yerində ölüb. 

 

Meyit aidiyyəti üzrə təhvil verilib. Sürücü Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb (apa).

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi