Modern.az

Vilayət Eyvazov polis bölməsinə yeni rəis təyin etdi

Vilayət Eyvazov polis bölməsinə yeni rəis təyin etdi

Aktual

7 Aprel 2021, 19:15

Salyan Rayon Mühafizə Bölməsinə yeni rəis təyin edilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovnik-leytenantı Sədi Abbasov Salyan Rayon Mühafizə Bölməsinin rəisi təyin olunub.

 

Qeyd edək ki, S.Abbasov bu təyinata qədər Şirvan Şəhər Polis Şöbəsinin rəisinin əməliyyat işləri üzrə müavini vəzifəsində çalışıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir