Modern.az

Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək

Sabah Bakının yolları növbəti dəfə dezinfeksiya ediləcək

23 Aprel 2021, 11:54

Aprel ayının 24-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

 

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək