Modern.az

Şahmatçımız “Masters” turnirində ilk qələbəsini qazandı

Şahmatçımız “Masters” turnirində ilk qələbəsini qazandı

16 İyun 2021, 00:07

Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, ikinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb.

 

Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu