Modern.az

Polşanın mövqeyini yüksək qiymətləndiririk - İlham Əliyev

Polşanın mövqeyini yüksək qiymətləndiririk - İlham Əliyev

3 May 2024, 12:14

Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatələyən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət göstərən mövqeyini yüksək qiymətləndiririk.

Modern.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Prezidenti Andjey Dudaya bu ölkənin Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Andjey Dudaya və onun simasında bütün Polşa xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlət başçısının məktubunda qeyd edilib: “Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir”.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialının reallaşdırılması, iki ölkə arasında əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi